25 dekabr 2010 17:38
`Neftçi` yola salacağı 5 futbolçunun adını açıqladı
`Neftçi`nin qış fasiləsində yollarını ayıracağı bütün futbolçuların tam siyahısı müəyyənləşib. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Arif Əsədov artıq transferə çıxarılacaq futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib.
Bunlar Fərid Quliyev, Orxan Həsənov, Eşqin Quliyev, Vladimir Burduli və Ruslan Əmircanovdur. Flaqman qış transfer pəncərəsi dönəmində heyətinə daha güclü futbolçular cəlb edəcək.
Qeyd edək ki, bu oyunçulardan Fəridlə Vladimirin transferə çıxarılacağı hələ öncədən bilinirdi. Digər 3 futbolçu haqda qərar isə yenidi.
