25 dekabr 2010 00:03
`Beşiktaş` Simao və Almeyda ilə rəsmi müqavilə imzaladı
Heyətində Rikardo Kuaresma və Quti kimi dünyaca məşhur ulduz futbolçular olan `Beşiktaş` növbəti transfer bombalarını partladıb. Azerisport.az xəbər verir ki, hələ Superliqanın birinci dövrəsi yekunlaşmamış İspaniyanın `Valencia` klubunun hücumçusu Manuel Fernandesi rənglərinə bağlayan İstanbul klubu daha iki supertransfer həyata keçirib.
Son dövrlər “Qara Qartal”a keçidi gündəmdə olan İspaniyanın `Athletico` və Almaniyanın `Werder` klublarının oyunçuları – müvafiq olaraq Simao Sabroza və Uqo Almeydanın da bundan sonra karyerasını qardaş ölkədə davam etdirəcək. Artıq klubun rəsmi saytı da bu haqda məlumatı təsdiqləyib. Məlumatda bildirilir ki, Almeyda ilə 3.5, Simao iləsə 2.5 illik rəsmi müqavilə imzalanıb. Qeyd edək ki, hər iki futbolçu həm də Kuaresma kimi, Portuqaliya yığmasının üzvləridir.
