25 dekabr 2010 00:07
`Qəbələ` Premyer Liqanın rekordçusuyla müqavilə bağladı (FOTO)
`Qəbələ` daha 2 futbolçusuyla müqaviləsinin müddətini uzadıb. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə Lyubo Baranin və Sergey Sokolovu komandada saxlamağa qərar verən Toni Adamsın komandası qapıçı Pavel Doroşevlə yarımmüdafiəçi Abdulkader Kamarayla da müqavilənin vaxtını artırıb.
Qeyd edək ki, 10 oyunda qapısını toxunulmaz saxlamaqla cari mövsümün rekorduna imza atan Doroşev 2013-cü ilin iyun ayının sonunadək bölgə komandasında qalacaq. Kamara isə 2012-ci il iyun atının 30-na qədər `Qəbələ`dəki çıxışını davam etdirəcək. Latviyalı Pavel 2008-ci, belçikalı Kamara 2007-ci ildən Qəbələdə top qovur.
