25 dekabr 2010 00:12
İtaliyalı məşqçi Səudiyyə Ərəbistanından qovuldu
İtaliyalı mütəxəssis Valter Zenqa yenidən işsiz qalıb. Azerisport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının `Al Nasr` klubunda çalışan baş məşqçi uğursuz çıxışın nəticəsi kimi, komandadan qovulub.
Vaxtilə Türkiyədə `Gaziantepspor`u da çalışdıran Zenqa daha öncə ABŞ, Rumıniya və Serbiyada da baş məşqçilik fəaliyyəti ilə məşğul olub. Vaxtilə ölkəsində Seria A təmsilçilərindən `Catania` və `Palermo`da da çalışmış mütəxəssisin bundan sonrakı fəaliyyətini harda davam etdirəcəyi bilinmir.
