25 dekabr 2010 00:16
PFL ilə əməkdaşlığa davam
Premyer Liqada noyabr və dekabr aylarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının sponsor tərəfdaşı olan bankın risklərin idarə edilməsi üzrə direktoru Fazil Məmmədov bildirib ki, onlar bu əməkdaşlığı davam etdirmək fikrindədilər. Azerisport.az xəbər verir ki, şirkət rəsmisi çıxışı zamanı bunları dilə gətirib:
“Noyabr və dekabr ayları üçün Premyer Liqada ayın oyunçuları seçilmiş Zohair Benuahini və Samir Əliyevi bu uğur münasibəti ilə təbrik edirəm, onlara, həmçinin digər futbolçularımıza yeni uğurlar arzulayıram. Son illərdə dövlətin qayğısı sayəsində ümumilikdə idmanın və xüsusən də futbolun səviyyəsi daha da artıb. Futbol artıq bir sənaye növüdür. Arzu edirəm ki, bizim futbolçuların da adları uğur qazanmışlar arasında olsun. Ümid edirəm ki, PFL ilə uğurlu əməkdaşlığı dava etdirəcəyik”.
