25 dekabr 2010 00:21
`Neftçi` daha bir futbolçusuyla yollarını ayırır
`Neftçi` qış transfer pəncərəsi dönəmində heyətində elə də ciddi dəyişikliklər etməyəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın növbəti mərhələsi ərəfəsində hələlik yalnız bir futbolçusuyla yollarını ayırmağı dəqiqləşdirib.
Bu isə, Vladimir Burdulidir. Klub rəhbərliyi bu futbolçunu komandada saxlamamağa qərar verib. Buna səbəb isə, onun mövsüm ərzində cəmi 1 oyunun iştirakçısı olmasıdır. Onda da gürcü futbolçu MOİK-lə (4:0) görüşün ikinci hissəsində meydana çıxmışdı.
Qeyd edək ki, Arif Əsədovun istəyi ilə noyabrda transferə çıxarılan, sonradan isə əvəzedici komandaya göndərilən millimizin hücumçusu Fərid Quliyevin `Neftçi`dəki gələcək taleyi isə hələlik dəqiqləşməyib.
