25 dekabr 2010 12:24
`Inter`də yeni baş məşqçi
`Inter`in yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Milan təmsilçisi vaxtilə bu şəhərin digər klubunu çalışdırmış, Braziliya yığmasının sabiq futbolçusu Leonardoya tapşırılıb.
Yeni baş məşqçi ilə 2012-ci ilin iyununa qədər dövrü əhatə edəcək müqavilə bağlanacaq. 41 yaşlı Leonardonun 1 il üçün 2,5 milyon dollar alacağı da gələn xəbərlər arasındadı. O, gələn il yanvarın 6-da 18-ci tur çərçivəsində `Napoli` ilə oyunda `İnter`in baş məşqçisi kimi debüt edəcək.
Qeyd edək ki, bu mövsüm Rafael Benitesin rəhbərlik etdiyi `İnter` ölkə çempionatında uğursuz çıxışıyla diqqət çəkirdi. Komanda hazırda İtaliya çempionatında ehtiyatda iki oyunu qalmaqla 7-ci yerdədir və lider `Milan`dan 13 xal geri qalır.
