25 dekabr 2010 00:33
Daha iki məşqçimiz Pro lisenziyası aldı
Azərbaycanlı məşqçilər Elxan Abdullayev və Ramiz Məmmədov Pro lisenziyası alıblar. Azerisport.az xəbər verir ki, onlarla birlikdə BATE-nin baş məşqçisi Viktor Qonçarenko, `Kayserispor`un çalışdırıcısı Şota Arveladze və başqları da yeni diploma yiyələniblər.
Lakin maraqlıdır ki, bu haqda rəsmi məlumatda Ramiz Məmmədov `Qəbələ`nin baş məşqçisi, Elxan Abdullayev isə `İnter`in çalışdırıcısı kimi təqdim edilib.
