26 dekabr 2010 13:53
Arsen Venger: `Chelsea` ilə eyni gücdəyik
İngiltərənin `Arsenal` klubunun baş məşqçisi Arsen Venger, sabah Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacaqları `Chelsea`dən zəif komanda olmadıqlarını bəyan edib. Azerisport.az xəbər verir ki, klubun rəsmi internet saytına açıqlamalar verən təcrübəli mütəxəssis son çempionla oyun öncəsi iddialı fikirlər irəli sürüb:
“Onların da çempionatda topladığı xala baxaq, bizim də. Onları bu şəkildə qısqanmaq üçün heç bir səbəb yoxdu. Bu matçı bizim üçün sadəcə bir əngəl olaraq dəyərləndirmək olar. Ancaq o əngəli keçməyə qadir olduğumuzu düşünürəm. Biz hələ gənc bir komandayıq, amma artıq o qədər gənc deyilik”.
Qeyd edək ki, `Arsenal` - `Chelsea` matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
