26 dekabr 2010 14:08
Latviyada da `Qəbələ` və rekordçu qapıçısından danışırlar
`Qəbələ`nin bir neçə gün öncə müqaviləsinin müddətini uzatdığı legioner qapıçısı Pavel Doroşevin uğurlu çıxışı ölkəsində də diqqətdən kənarda qalmayıb. Azerisport.az xəbər verir ki, Latviya mətbuatı da onun Azərbaycan Premyer Liqasındakı rekorduna biganə yanaşmayıb:
“Pavel Doroşev ötən mövsüm olduğu kimi, bu il də özünü ən yaxşı tərəfdən göstərməkdə davam edir. Özü də yalnız komandasında yox, həm də bütün çempionat iştirakçıları arasında. Sadəcə bir faktı xatırladaq: onun qolsuz seriyası 952 dəqiqə davam etdi. Onun bu göstəricisi isə hazırda dünya futbolunda 67-ci göstəricidi”.
Latviyalı həmkarlarımız daha sonra Doroşevin komandasının da son durumuna toxunublar və uğurlu çıxışını vurğulayıblar: “Hazırda Azərbaycan çempionatında fevralın 12-nə kimi fasilə yaranıb. `Qəbələ` isə 19 turdan sonra 3- xal toplayıb və 6-cı pillədə qərarlaşıb. Doroşevin komandası yalnız ilin son oyununda xalsız qaldı. Sentyabrdan etibarən belə aqibəti yaşamayan komandanı `Bakı` dayandırıb. Elə komandasının bu qarşılaşmadakı böyükhesablı yenilgisinə də Doroşev mane olub. Onu da əlavə edək ki, `Qəbələ`ni İngiltərə millisinin və London `Arsenal`ının keçmiş üzvü Toni Adams çalışdırır”.
