26 dekabr 2010 00:49
`Bakı` istirahətdən sonrakı planlarını və rəqiblərini açıqladı
Premyer Liqada yaranan qış fasiləsi zamanı 3 həftəlik təlim-məşq toplantısı planlaşdıran `Bakı` istirahətə yollanıb. Azerisport.az xəbər verir ki, paytaxt komandasının üzvləri 19-cu turun `Qəbələ` - `Bakı` (0:1) qarşılaşmasından sonra tətilə çıxıblar.
Artıq bütün əcnəbi oyunçular vətənlərinə və istirahət edəcəkləri məkanlara yola düşüblər. Klub bazasını son olaraq Dare Nibombe və Joel Epalle tərk ediblər. Milli komandamızın braziliyalı oyunçusu Fabio Luis Ramim isə qış tətilini Bakıda keçirmək qərarı verdiyindən ölkəsinə yollanmayıb.
Yanvarın ikinci həftəsindən etibarən düşərgəyə qayıdacaq futbolçular klub bazasında məşqlərə başlayacaqlar. Hazırlıq planının xarici hissəsinə gəldikdə isə, ənənəvi qış hazırlıqları 2011-ci ilin 15 yanvar – 4 fevral tarixlərində Türkiyənin Antalya bölgəsində keşiriləcək. Baza kimi Bələk ərazisində yerləşən “Su sesi” otelini seçən `Bakı` burada məsgunlaşacaq.
Təxminən, 3 həftəlik təlm-məşq toplantısı zamanı yoldaşlıq oynlarının keçirilməsi planlaşdırllır. Komanda toplanış dönəmində üç yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər tam dəqiqləşməsə də, bir sıra Avropa liqalarının təmsilçiləri ilə ilkin razılıq əldə olunub. Bunların sırasında Avstriya, Rumınıya, Ukrayna yüksək liqalarının təmsilşiləri yer alır.
