26 dekabr 2010 00:56
Naci Şensoy `Turan`ı ilk məşqə çıxardı, azarkeşlərlə görüşdü
Türkiyəli mütəxəssis Naci Şensoy artıq üçüncü dəfədir ki, `Turan`ın başına keçir. Azerisport.az xəbər verir ki, ilk dəfə 2000-ci ildə Tovuz klubunu çalışdıran Şensoyun ikinci gəlişi 2004-cü ilə təsadüf etmişdi.
O, aparılan danışıqlardan sonra yenidən `Turan`da baş məşqçi postunu tutmağa razılıq verib. Artıq dünən gənc futbolçularla tanışlıq məqsədi daşıyan ilk məşqini keçən Naci Şensoy daha sonra azarkeşlərlə görüşüb. Görüş zamanı o, `Turan`a yenidən əvvəlki əzəmətini qaytarmaq üçün gəldiyini bildirdi. Gələcək planlarından danışan yeni baş məşqçi komandasını növbəti məşqə bu gün saat 10:30-da çıxaracaq.
