26 dekabr 2010 01:07
Hakimlikdən narazılıqlar bitmək bilmir
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Premyer Liqanın cari mövsümündə ən çox nədən narazısınız” sualıyla müraciət etdiyimiz oxucularımızın əksəri hakimliyin səviyyəsindən şikayətlənib. Respondentlərin 44 faizi məhz ədalət təmsilçilərinin idarəçiliyini qabardıb.
Sorğuya qatılanların 21 faizi isə stadionlarımızın durumundan narazı olduğunu ifadə edib. 11 faiz oxucumuz azarkeşlərin azlığından şikayətləndiyi halda, 10 faiz futbolsevər də hər şeydən narazı olduğunu bildirib.
