26 dekabr 2010 01:02
Nasimov Asiya kubokunda çıxış etməkdən məhrum oldu
`Neftçi`nin hücumçusu Bahodir Nasimov Özbəkistan yığmasının hazırda davam edən təlim-məşq toplanışında iştirakı zamanı zədələnib. Azerisport.az xəbər verir ki, zədəsi ciddi olan Azərbaycan Premyer Liqasının bombardiri buna görə 3 həftə yaşıl meydanlardan kənar qalmalı olacaq.
Onun, bu müddət ərzində Asiya Kuboku-2011-də çıxışı da baş tutmayacaq. Hansı ki, həmin oyunlar gələn ilin yanvar ayında baş tutacaq.
