26 dekabr 2010 15:34
“Siz `Bakı`sız güclü “altılıq” təsəvvür edirsiz”?
`Bakı`nın baş meneceri Zeynal Məmmədov komandasının ilk altılığa düşəcəyinə əmindi. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun rəsmisi inamını belə ifadə edib:
“Başqa cür ola da bilməz. Bizim klub mütləq “altılığ”a düşməlidi. Siz `Bakı`sız güclü “altılıq” təsəvvür edə bilirsinizmi? Ümid edirəm ki, qış fasiləsi dönəmində komanda və məşqçi heyəti düzgün nəticə çıxaracaq və son 3 oyunumuzun hamısında qələbə qazana biləcək”.
Qeyd edək ki, 19 turun yekununa görə bakılıları birinci altılıqdan 2 xal ayırır.
