26 dekabr 2010 15:48
`Turan` Naci Şensoyla 1.5 illik müqavilə imzalayacaq
Sabah Tovuzun `Turan` klubu yeni baş məşqçisi Naci Şensoyla rəsmi müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, üçüncü dəfə `Turan`ın başına keçən türkiyəli mütəxəssis komandayla 1.5 illik müqaviləyə qol qoyacaq.
Qeyd edək ki, öncədən müqavilənin müddətinin yarım il olacağı bildirilirdi. Lakin klubun yaydığı rəsmi məlumatda həmin müddət il yarım kimi göstərilir. Türkiyəli mütəxəssisin təqdimat mərasimi sabah saat 12:00-da təşkil olunacaq.
