26 dekabr 2010 16:37
Premyer Liqanın iki oyunu təxirə salındı
İngiltərə Premyer Liqasının 19-cu turu da tam şəkildə başa çatmayacaq. Azerisport.az xəbər verir ki, buna hələ də Böyük Britaniya ölkələrində davam edən əlverişsiz hava şəraiti səbəb olub.
Hər halda bu gün və sabaha təyin olunan 19-cu turun oyunlarından ikisi artıq təxirə salınıb. `Blackpool` - `Liverpool` və `Birmingham` - `Everton` matçları başqa tarixə keçiriləcək.
