26 dekabr 2010 12:48

Yoahim Löv: Azərbaycanla oyunda qeydə alınan nəticə hər kəs üçün sürpriz oldu

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan Almaniya yığmasının baş məşqçisi Türkiyənin məşhur `Fanatik` nəşrinə müsahibə verib. Azerisport.az xəbər verir ki, Türkiyə və Almaniya futbolunun bu günü, iki ölkə yığmasının seçmə mərhələdəki çıxışı, eləcə də Avropadakı türk futbolçuların milliləşdirilməsi məsələsinə toxunan Bundestimin çalışdırıcısı Azərbaycan millisinin “ay-ulduzlular” üzərində sensasion qələbəsindən də danışıb.
 
Onun bəzi diqqətçəkən açıqlamalarıyla sizi də tanış edirik: “Qrup mərhələsində Türkiyə ilə oynadığımız matçda Qus Hiddinkin meydana çıxardığı heyəti görəndə çox təəccübləndim. Heyətdəki 4-5 ad mənim üçün həqiqətən çox sürpriz idi. Bəlkə də ona görə idi ki, qarşılaşma da gözlədiyimdən asan keçdi. Daha ciddi start heyəti gözləyirdim. Düşünürəm ki, Hiddinkin bəzi matçlarda belə dəyişiklikləri onun öz strategiyasından irəli gəlir. Çünkü bunları birdən-birə etmək mümkün deyil, istər-istəməz səhvlər olacaq. Təbii ki, bizdən sonra Azərbaycanla səfər oyununda qeydə alınan nəticə hər kəs üçün böyük sürpriz oldu. Ancaq Türkiyənin AÇ-2012-nin final mərhələsinə qatılmaq şansının hələ də qaldığını düşünürəm. Avstriya ilə İstanbulda ciddi sınağa çıxacaqsız. Mən Türkiyəyə inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.