27 dekabr 2010 13:00
Azərbaycan çempionu Forlanın komandasıyla üz-üzə
Estoniya milli komandası mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün özünə sınaqçı-rəqib tapıb. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionu `İnter`in müdafiəçisi Dmitri Kruqlovun da şərəfini qoruduğu ölkəsinin millisi iki sınaq matçında qüvvəsini sınayacaq.
Lakin maraqlıdır ki, 3 gün fasilə ilə evdə və səfərdə keçiriləcək oyunlarda rəqib eyni olacaq. Belə ki, Kruqlovun komandası martın 25-də Uruqvay millisiylə Tallində qarşılaşacaq. 3 gün sonra isə bu komandalar digər ölkənin paytaxtı Montevideoda yenidən görüşəcəklər.
