27 dekabr 2010 13:17
Naci Şensoy: Kamran Ağayev `Beşiktaş`a keçəcək
`Turan`ın yeni baş məşqçisi Naci Şensoy maraqlı açıqlamayla çıxış edib. Azerisport.az xəbər verir ki, türkiyəli məşqçi `Xəzər Lənkəran`ın və millimizin qapıçısı Kamran Ağayevin `Beşiktaş`a keçəcəyini bildirib:
“Mənim bildiyimə görə, `Beşiktaş` Kamran Ağayevlə çox maraqlanır. Çünki o, əla qapıçıdı. Dəqiq bilirəm ki, Ağayev ölkəni tərk edəcək”.
