27 dekabr 2010 13:36
Musa Süleymanov: Şensoydan nəticə tələb edəcəm
Bu gün yeni baş məşqçisini – Naci Şensoyu ictimaiyyətə təqdim edən və onunla il yarımlıq müqaviləyə imza atan `Turan`ın prezidenti Musa Süleymanov vaxtilə iki dəfə də bu komandanı çalışdırmış türkiyəli mütəxəssisin işinə qarışmayacaqlarını bildirib. Azerisport.az xəbər verir ki, bölgə klubunun rəhbəri bu günkü tədbirdə çıxışı zamanı bunları dilə gətirib:
“Mən onsuz da futboldan çox da anlamıram. Sadəcə, kluba sponsorluq etmək üçün bəzi işlərlə maraqlanmaq məcburiyyətindəyəm. Bu və digər işlərin hamısıyla Şensoy məşğul olacaq. Onun işinə qarışmaq fikrim yoxdu. Ancaq türkiyəli məşqçinin qarşısında qoyulan bir vəzifə var. Mən də ondan nəticə tələb edəcəm. Ancaq bəri başdan onu deyə bilərəm ki, `Turan` Premyer Liqanı tərk etməyəcək”.
