27 dekabr 2010 14:16

Şensoy gələn kimi `İnter`ə sataşdı: O komandanın içində nəsə var

Tovuzun `Turan` klubunun köhnə-təzə baş məşqçisi Naci Şensoy bu gün 3-cü dəfə baş məşqçi təyin olunduğu komandasıyla hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, təqdimat mərasimində jurnalistlərin suallarını cavablayan türkiyəli mütəxəssis bir sıra maraqlı açıqlamalar verib:
 
“Azəröaycan şairlər ölkəsidi. Mən də şair ruhlu insan olduğumdan, şairlər ölkəsinə üçüncü dəfə qayıtdığım üçün çox şadam. Mən bura öna görə qayıtmışam ki, əsərimi davam etdirim. 5 il öncə də burda olmuşdum. O vaxt komandamız il yarım məğlub olmadı. Mənə indiki gənc oyunçulara örnək ola biləcək Asen Nikolov, Nukola Draqiç kimi təcrübəli legionerlər lazımdı. Ki, onların yanında düzgün şəkildə görüb-götürə, nəsə öyrənə bilsinlər”.
 
“Mən hansı modelə üstünlük verirəm? London `Arsenal`ının modelinə. Baxın, onlar artıq xeyli müddətdi çempion ola bilmirlər. Ancaq baxın görün onlarda necə gənc futbolçular var. Kamran Ağayev məndə futbol oynamağa başlayıb. Mənim dəqiq yadımdadı onun ilk oyunu. Biz həmin qarşılaşmada `İnter`ə 3:4 uduzduq. Kamran 2 gülməli qol buraxdığına görə, mətbuat məni tənqid etməyə başladı ki, bu nə seçim idi? Ancaq mən onu müdafiə etdim ki, bu gəncin böyük gələcəyi var. Və budur o, bir nömrəli qapıçıdır. Mən əminliklə deyərdim ki, Ağayev İker Kasilyasdan heç nəyinə görə geri qalmır. Mən dəqiq bilirəm ki, o, tezliklə ölkəni tərk edəcək. Onunla `Beşiktaş` çox yaxından maraqlanır” – deyə, Şensoy qeyd edib.
 
Yerli futbolçuların fiziki hazırlığının aşağı olmasından şikayətlənən millimizin baş məşqçisi Berti Foqtsun bu şikayətlərinə isə Şensoy belə münasibət bildirib: “Fiziki hazırlıq qaydasında olmaya bilər. Ancaq bu, bütün məğlubiyyətlərin səbəbi kimi göstərilə bilməz. Axı onun komandası Türkiyə millisinə qalib gəldi. Yeri gəlmişkən, mən bu qələbənizə çox sevindim, çünki Azərbaycanın buna ehtiyacı var idi”.
 
Şensoy onu da bildirib ki, onun işinə heç bir müdaxilə olmayacaq: “Komandanın rəhbəri mənəm. Məndən nəticə tələb olunacaq. Öz köməkçilərimi dəvət etmək fikrim yoxdu. Çünki nə mən Rafael Benites deyiləm ki, 16 nəfərlik heyətlə bu komandadan o birinə keçəm, nə də Azərbaycanda elə imkanlar var”.
 
Naci Şensoyun sözlərinə görə, komanda bu il sadəcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq: “Növbəti mövsümdən isə daha ciddi məqsədlər uğrunda döyüşə bilərik. Mən görürəm ki, çempiоnatda rəqabət çox yüksəkdi. Mənə elə gəlir ki, `Neftçi` düzgün yoldadı. `İnter` də məni təəccübləndirir. Əgər çempion komanda bu qədər xal itirirsə, deməli komandanın içində nəsə var”.
 
Sonda türkiyəli mütəxəssis maraqlı söz də verib: “Mən Azərbaycanda çalışdığım dövrlərdə həmişə jurnalistlərə açıq olmuşam. Yenə də heç nə dəyişməyib. Mən həmişəki kimi, yenə də çalışacam ki, sözün düzünü deyim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.