27 dekabr 2010 14:22
PFL transfer pəncərəsinin vaxtını açıqladı
Peşəkar Futbol Liqası elita klubları üçün transfer pəncərəsinin vaxtını açıqlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqada qış transfer dövrü 14 yanvar 2011-ci ildə başlayacaq. Komandalar transfer etdikləri futbolçuların siyahısını 11 fevral 2011-ci il tarixinədək Peşəkar Futbol Liqasına təqdim edə bilərlər.
