27 dekabr 2010 14:36
"Futbolçularımız onun dediklərini başa düşmürdülər"
Tovuzun `Turan` klubunun prezidenti Musa Süleymanov sabiq baş məşqçiləri Revaz Dzodzuaşvilinin bu postdan uzaqlaşdırılmasının səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, klub rəhbəri gürcü mütəxəssisdən söhbət açarkən, maraqlı açıqlama verib:
“Bizim oyunçuların əksəri Tovuzun kəndlərindən çıxan uşaqlardı. Onlar rus dilində başa düşmürlər. Ona görə də futbolçularımız Dzodzuaşvilini başa düşmürdülər. Ancaq gürcü mütəxəssis baş məşqçi postundan getsə də, komandada qalır. Dzodzuaşvili bizim qaraşımız, dostumuzdu”.
