27 dekabr 2010 14:55
`Turan` Vurğun Hüseynovu satmaqdan imtina etdi
Tovuzun `Turan` klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Vurğun Hüseynov qış fasiləsində komandanı tərk etməyəcək. Azerisport.az xəbər verir ki, bu haqda klub prezidenti Musa Süleymanov xəbər verib:
“Vurğunun hələ komandayla 6 aylıq müqaviləsi var. Ondan sonra azad agentə çevriləcək futbolçu hara istəsə, gedə bilər. Hələlik isə bizim onu buraxmaq fikrimiz yoxdu”.
Qeyd edək ki, bir müddət öncə məhz klub prezidenti özü Hüseynovu digər klublardan birinə satıb, gəlir əldə etmək istədiklərini bildirmişdi. Lakin görünür sonradan nəyəsə görə, bu fikirlərindən daşınıblar.
