27 dekabr 2010 15:29
`Turan`ın da qış hazırlıq planları müəyyənləşdi
Tovuzun `Turan` klubunun qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Naci Şensoy yetirmələrinin gələn il yanvarın 3-də Tovuzda bir araya gələcəyini bildirib.
Bir müddət doğma rayonda fiziki hazırlıqlı məşqlər keçdikdən sonra komanda yanvarın 16-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Yanvarın 30-dək davam edəcək toplanış müddətində bir neçə yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.
