27 dekabr 2010 16:30
`Qarabağ` 5 futbolçuyla müqavilə bağladı
Premyer Liqanın cari mövsümünün qalan dövrünə hazırlıq yönündə ilk addımlarını atan `Qarabağ` rəhbərliyi ilk növbədə heyətindəki futbolçuları saxlamağa qərar verib. Azerisport.az xəbər verir ki, bu məqsədlə Ağdam klubunun rəhbərliyi 5 futbolçusuyla müqaviləsinin müddətini uzadıb.
Bunlar komandanın gənc istedadları Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov, Qara Qarayev, həmçinin albaniyalı legioner Ansi Aqollidi. Müqavilələri yayda başa çatan Maksim, Rauf, Əfranla yeni 2 illik anlaşma imzalanıb. Bu isə, onların 2013-cü ilin yayına qədər `Qarabağ`da qalacaqlarına işarədi. Qarayevin isə müqaviləsi 2014-cü ilin yayına qədər uzadılıb.
Yayda Ukrayna `Krivbass`ından komandanın sıralarına qoşulan, oyunuyla ən yaxşı sol cinah müdafiəçisi kimi diqqəti cəlb edən Ansi Aqolli isə daha il yarım `Qarabağ`ın uğurları üçün tər tökəcək. Albaniya millisinin üzvü 2012-nin yayına qədər `Qarabağ`la müqavilə bağlayıb.
