27 dekabr 2010 16:54

“Məqsədimiz `Qarabağ`la çempion olmaq və Avropada legioner həyatı yaşamaqdı”

Bu gün `Qarabağ`la müqaviləsinin müddətini artıran futbolçular klubun rəsmi saytına açıqlama veriblər. Azerisport.az həmin açıqlamalarla sizi də tanış edir:
 
Maksim Medvedev: `Qarabağ` mənim ilk peşəkar klubumdu. 21 yaşım olsa da, artıq 4 ildən çoxdu ki, `Qarabağ`ın əsas heyətində top qovuram. Burada artıq özümü `bərkitmişəm`. Təbii ki, doğma klubumla müqaviləmi uzatdığıma görə sevinirəm. Həm Rauf, həm də Əfranla uşaqlıqdan birlikdəyik. Hamımızın müqaviləsinin uzadılması çox sevindiricidir. Bu, bizə daha yaxşı çıxış etmək üçün motivasiya verir. Ümid edirəm ki, tezliklə, qazanacağımız uğurlarla azarkeşləri sevindirəcəyik”.
 
Rauf Əliyev: “Təbii ki, Maksim kimi mən də gənc olmağımıza baxmayaraq artıq köhnələrdən sayılırıq. `Qarabağ` daim mənə sahib çıxıb. İndi rahatca futbol haqqında fikirləşəcəyik. Öz “evimizdə” daha 2 il qalacağıq.  Əsas məqsədimiz `Qarabağ`la çempion olmaq sonra isə, Avropada legioner həyatı yaşamaqdır”.
 
Əfran İsmayılov: “Qarabağ` mənim üçün özəl komandadır. Özümü burda çox rahat  hiss edirəm. 5 aydı futbol oynamasam da, mənə qarşı çox diqqətli davranırlar. `Qarabağ`la yeni müqavilə bağladığıma görə çox xoşbəxtəm. Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyir. Biz gənclərin birlikdə oynaması eyni zamanda Azərbaycan millisinin gələcəyi üçün də faydalıdır”.
 
Ansi Aqolli: “6 ay bundan qabaq `Qarabağ`a gələndə belə əla komandaya düşəcəyimi gözləmirdim. Teli mənə `Qarabağ`ı çox tərifləsə də, öz gözlərimlə Admirin dediklərinin həqiqət olduğunun şahidi oldum. `Qarabağ`da bir ailə mühiti var. İnşallah, `Qarabağ`da daha böyük uğurlara imza atarıq. Bunun üçün `Qarabağ`da istəniləm mühit var”.
 
Qara Qarayev: “Əslən Qarabağlı olduğuma görə `Qarabağ` mənim komandam olmaqla yanaşı aldığım nəfəsdi. Özümü `Qarabağ`dan başqa heç bir yerdə təsəvvür edə bilmirəm. Hələ 5 il `Qarabağ`ın futbolçusu olacağıma görə həqiqətən sevinirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.