27 dekabr 2010 17:07
Ramiz Məmmədov Türkiyə klublarının maraq dairəsində
`Qəbələ`nin keçmiş baş məşqçisi Ramiz Məmmədov Türkiyə klublarından birinin sükanı arxasına keçə bilər. Azerisport.az xəbər verir ki, yaxınlarda Pro kateqoriyasına da sahib çıxan həmyerlimizlə qardaş ölkənin bir neçə klubu maraqlanır. Həmçinin Asiya klublarının da maraq dairəsində olan Məmmədovun gələcək karyerasını harda davam etdirəcəyi isə hələlik dəqiq bilinmir.
