27 dekabr 2010 17:38
`Neftçi`nin transferə çıxardığı futbolçulara müştəri tapıldı
`Neftçi`yə birinci divizionda mübarizə aparan `Abşeron` futbol klubundan müraciət daxil olub. Azerisport.az xəbər verir ki, müraciətdə birinci divizionda lider olan komandanın rəhbərliyi flaqmanın 4 futbolçusunu transfer etmək istədiklərini bildirib.
`Abşeron` klubu “ağ-qaralar”ın gənc üzvləri Eşqin Quliyev, Orxan Həsənov, Ruslan Tağızadə və Slavik Alxasovu heyətinə qatmaqda maraqlıdı.
