27 dekabr 2010 17:47
Rəşad Abdullayev XL-dan revanş almaq istəyir
`Neftçi`nin yarımmüdafiəçisi Rəşad Abdullayev qış fasiləsinin tezliklə başa çatmasını arzulayır. Azerisport.az saytına müsahibəsində təcrübəli yarımmüdafiəçi bildirib ki, Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşacaqları `Xəzər Lənkəran`la oyunu intizarla gözləyir:
“Mən çox istəyirəm ki, fasilədən sonrakı ilk turda komandamız ən yaxın rəqibi üzərində qələbə qazansın. Bu, xal fərqini artırmaq üçün çox gözəl şansdı. Bununla biz həm də Lənkərandakı məğlubiyyətin revanşını almış olacağıq”.
