27 dekabr 2010 18:00
Yığma komandamız klubla bacarmadı
Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində AZAL klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Rizvan Umarov fərqlənib.
