27 dekabr 2010 18:48
Arif Əsədov: Amitə konkret transfer təklifi yoxdu
`Neftçi`nin baş məşqçisi Arif Əsədov komandasının gənc üzvlərindən olan, milli komandamızın da şərəfini qoruyan Amit Quluzadənin Türkiyənin `Fenerbahçe` klubundan təklif almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun çalışdırıcısı bildirib ki, İstambul klubu yetirməsinə heç də konkret təklif göndərməyib:
“Hələlik Amiti sadəcə təlim-məşq toplanışına dəvət ediblər. Konkret transfer təklifi isə olunmayıb. Ancaq təbii ki, gənc futbolçumuzun xarici kluba keçməsinə çox sevinərdik”.
