27 dekabr 2010 19:02

Ramiz Məmmədov: Asiya ölkələrindən birinə işləməyə gedəcəm

`Qəbələ` futbol klubunun keçmiş baş məşqçisi Ramiz Məmmədov azerisport.az-a müsahibəsində Ukraynada Pro məşqçilik kateqoriyası imtahanlarından danışıb.
 
- İmtahanlar çox çətin idi?
- Hətta gözlədiyimizdən də çətin idi. Bununla əlaqədar bizə hər bir köməyi göstərən Ukrayna Futbol Federasiyasına (FFU) minnətdarlıq etmək istərdim. Yeri gəlmişkən, bizim məşqçi qrupunda bütün mütəxəssislər keçmişdə adlı-sanlı futbolçular olublar - Xatskeviç, Belkeviç, BATE-nin məşqçisi Qonçarenko və `Kayserispor`un çalışdırıcısı Şota Arveladze.
 
İmtahanlar üç gün davam etdi. Bildiyiniz, kimi hər şey uğurlu keçdi. Diplomların təqdimat mərasimində Ukrayna futbol federasiyasının prezidenti Georgi Surkis də iştirak edirdi. Sertifikatı mənə təqdim edərkən ölkəmiz haqda xoş sözlər bildirdi və mənə gələcək işlərimdə müvəffəqiyyətlər arzuladı. Ümumiyyətlə təqdimat mərasimini bayrama çevirdilər. Bu hadisəni bir çox Ukrayna və Rusiya kanalları işıqlandırırdı.
 
- Pro kateqoriyası futbol mütəxəssisinə nə verir?
- Bundan sonra mən Avropanın istənilən yığma və ya klubunda sərbəst işləyə bilərəm. Mən bu diplomsuz əvvəllər bunu edə bilməzdim. Bundan sonra özünə məşqçi axtaran Avropa klubları da mütəxəssislərin xidmət dəftərinə baxmağa nəzərə alacaqlar.
 
- Demək olar ki, ötən həftə imtahan vermiş bütün məşqçilər hər hansı klubda işləyirlər. Orada işsiz görünmək ağır deyildi?
- Belə halı heç kim orada yada salmırdı. Ola bilər, indi işlə əlaqədar problem var, ancaq gec-tez bu diplomu almalı idim. Digər tərəfdən, bizim işimiz belədir.
 
- Bu kurslar sizə nə verdi?
- Mən çox şey öyrəndim. Bizə sonralar işimizdə kömək olacaq futbol fəndlərini öyrədirdilər.
 
- Yeri gəlmişkən, orada başqa klubların menecerləri vardı?
- Onlar diqqətlə bizi izləyirdilər. Mənimlə artıq ikisi diqqətlə maraqlandı. Belə ki, karyeramı davam etməyin iki variantı artıq var.
 
-  Bunlar hansı variantlardır?
- İndi bunları bildirməyəcəyəm, ancaq yaxın günlərdə çox şey aydın olacaq. Bir onu deyə bilərəm ki, ola bilsin, Asiya ölkələrindən birinə işləməyə gedəcəyəm. Həmçinin bizim qonşu ölkələrin birindən də təklif var.
 
- Digər imtahan iştirakçıları ilə münasibət yarada bildiniz?
- Demək olar ki, hamı ilə münasibət yaratdım. Orada bir komanda kimi idik. Qonçarenko ilə dostlaşdım. Bilməzdim ki, Arveladze belə sadə ola bilər. Eləcə də demək olar ki, hamının tanıdığı Elxan Abdullayevə də böyük hörmətlə yanaşırdıq.
 
- Nəzərə alsaq ki, futbolumuz orda iştirak edən mütəxəssislərin ölkələrinin futbolundan geri qalır, azərbaycanlı mütəxəssislərə münasibət çox da etinasız deyildi ki?
- Xeyr. Bu hiss olunmurdu. Futbolumuz haqda orada müsbət müstəvidə danışırdılar. Çox işlər görülmüş və görüləcək `Qəbələ` haqda danışdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.