27 dekabr 2010 11:22
“Yeni il kuboku”nun qalibi müəyyənləşdi (FOTOLAR)
15 yaşlı qızlardan ibarət komandalar arasında təşkil olunmuş “Yeni il kuboku”nun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda Şərq regionunun qalibi BTİ komandası Qərb regionunda birinci yeri tutmuş Zaqatala ilə qarşılaşıb. Rəqibinin qapısından 8 cavabsız qol keçirən BTİ “Yeni il kuboku”nun qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov qalib komandaya kubok təqdim edib.
