27 dekabr 2010 11:54

Vəli Qasımov: Yığmada Avropa standartlarına cavab verən oyunçular yoxdu

Futbol üzrə Azərbaycanın əsas yığmasının köməkçi-məşqçisi, 19 yaşlılardan ibarət millimizin çalışdırıcısı Vəli Qasımov azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb.
 
- Geridə qoyduğumuz il sizin üçün futbol planında necə alındı?
- Başlanğıc əlbəttə, elə də uğurlu alınmadı. Ancaq sonradan bir çox uğurlar oldu. Mənə Azərbaycan millisinin məşqçilər korpusuna dəvət gəldi. Ardından isə U-19-a baş məşqçi təyin olundum. İndi mənə işləmək və özümü sübut etmək qalır.
 
- Berti Foqtsla işləmək necədi?
- Əla. Hələlik aramızda heç bir problem yoxdu. Millinin yaxşı nəticələrinin xətrinə əl-ələ verib işləyirik.

- Alman çox tələbkardı?
- Əlbəttə. Bu, artıq bir qədər daxili işimizdi. O, əsl Avropa səviyyəli məşqçidi və mən də o istiqamətdə işləməyə öyrəşirəm. Ona görə də xüsusi çətinlik hiss etmirəm. Fikrimcə, hələ mən tərəfdən xüsusi məzəmməti yoxdu.
 
- Foqts Bakıda olmayanda çox işləməli olursuz?
- Məcburi qaydada işlər yetərincədi. O, hər səfər öncəsi mənə müəyyən olunmuş tapşırıqlar verir. Milli üzvlərini yaxından izləmək, həmçinin ehtiyat qüvvəylə maraqlanmaq.
 
- İkinci işinizi – U19-da işləməyi çatdıra bilirsiz?
- Təəssüflənmirəm. Bu komandayla öz sistemim üzrə çalışıram, hansı ki, bütün karyeram boyu, görüb öyrənmişəm. Çalışıram elə edim ki, bu komanda rəhbərliyim altında yalnız yaxşı nəticələri yox, həm də sərgilədiyi gözəl futbolla seçilsin.
 
- Yəqin Foqts bu baxımdan da sizə hansısa tapşırıqlar verir...
- Hələ o, mənə heç bir tapşırıq verməyib. Mən komandayla yenicə tanış olmuşam. Lazımı nə varsa, hər şey ediləcək. Hansı ki, mən yeni dəvət olunan uşaqlarla işləməliyəm. Hələ yenilərinə də baxmalıyam. Ən güclüləri və xeyirli olanları komandada saxlamaq istəyirəm.
 
- Sizin komandanız da əsas millimizin sistemiylə oynayacaq? Axı xarici ölkələrdə adətən belə vahid sistemdən yararlanırlar....
- Bu sistemlə oynamaq çətin olacaq. Hazırkı komandada Avropa standartlarına cavab verən oyunçular yoxdu. Elə etmək lazımdı ki, yaxın zamanlarda elə futbolçularımız olsun.
 
- Premyer Liqada “altılıq”lar müəyyənləşmək üzrədi. Siz nə gözləyirsiz?
- Premyer Liqada bu mövsüm oyunlar son dərəcədə maraqlı keçir. Favorit komandalarla layiqli mübarizə aparan kollektivlərin də olması bu mövsümü çox maraqlı edir.
 
-  Siz AZAL ilə `Qəbələ`ni nəzərdə tutursuz?
- Ad çəkmək istəmirəm. Bəzi komandalar da var ki, qeyri-sabit çıxışlarıyla seçilirlər. Bir oyun yaxşı oynayırlar, növbəti oyunda yenə bərbad oyunla hamını təəccübləndirirlər. Halbuki, heyətinə görə, heç bir komandadan zəif deyil.
 
- Sizcə, əsas mübarizə kimlər arasında gedəcək?
- Komandalar belə qeyri-sabit olduğundan, bu barədə dəqiq söz demək çətindi.
 
- 2011-ci ildən nə gözləyirsiz?
- Nəticələrimizin yaxşılaşmasını. Və ən əsası seçmə mərhələdə daha çox qələbə.
 
- Əsas uğurları klublardan gözləyirsiz yoxsa yığmadan?
- Hər şey klublardan başlayır. Nə qədər güclü klublarımız olsa, yığmamız da bir o qədər güclü olacaq. Odu ki, ilk növbədə klublarımızdan avrokuboklarda uğur gözləyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.