27 dekabr 2010 00:09
`Galatasaray` - `Fenerbahçe` matçında çirkin olaylar
Son dövrlər Türkiyə futbolunda tüğyan edən azarkeş fanatizmi növbəti xoşagəlməz olaylara gətirib çıxarıb. Azerisport.az xəbər verir ki, `Galatasaray` ilə `Fenerbahçe` klublarının 17 yaşlılardan ibarət komandaları arasında “sarı-qırmızılar”ın “Florya Metin Oktay” adlı bazasında baş tutan qarşılaşma biabırçı hadisələrə səhnə olub.
Belə ki, qarşılaşmanın 1:1 başa çatan ilk hissəsindən sonra komandalar paltardəyişmə otağına yollanarkən, `Galatasaray` tərəfdarları meydana axışaraq, qonaq komandanın futbolçularını döyməyə başlayıblar. Nəticədə `Fenerbahçe`nin iki futbolçusunun burnu qırılıb. Bütövlükdə isə 13 futbolçu xəsarət alıb. Nəticədə qarşılaşma təxirə salınıb və bütün yaralılar xəstəxanaya çatdırılıb.
