27 dekabr 2010 00:18
Vərəqə rekordu Yusifovun, penalti rekordu Salmanovun
Artıq Premyer Liqanın birinci – təsnifat mərhələsinin başa çatmasına cəmi 3 tur qalıb. Lakin azerisport.az xəbər verir ki, həmin turlar qış fasiləsi dönəminə düşdüyündən, yeni ildən sonra oynanılacaq. Biz isə bu fasilədən yaranıb, çempionatımızın geridə qalan dövrünə rəqəmlərin gözüylə baxmağa çalışacağıq.
İlk olaraq hakim təyinatları ilə bağlı araşdırma apardıq. Axı hakimlik həmişə olduğu kimi, cari mövsümdə də az müzakirə mövzusu deyil. Araşdırmalarımızın diqqətçəkən məqamları haqda isə yazının davamında xəbər tutacaqsız.
Premyer Liqanın təsnifat mərhələsinin geridə qalan dövründə ümumilikdə 114 qarşılaşma baş tutub ki, AFFA Hakimlər Komitəsi (HK) həmin qarşılaşmalarda cəmi 14 baş hakimin xidmətindən yararlanıb. Bu isə orta hesabla sözgüdən referilərin 8,1 oyuna təyinat alması deməkdi. Ancaq təbii ki, HK onların hamısına eyni sayda təyinat verməyib
Bu vaxta qədərki təyinatlara qısaca olaraq, nəzər saldıqda görürük ki, Əliyar Ağayev və Əmrah İbrahimov kimi ədalət təmsilçiləri cəmi 1 matçda fit çaldığı halda, Fariz Yusifov və Elçin Məmmədov 14 qarşılaşmada komandaları meydana çıxarıb. Hər halda Yusifov FİFA referisidi və onun daha çox təyinat alması o qədər də diqqət çəkmir. Lakin Məmmədovun bu qədər təyinatı müəyyən məqamlarına görə təəccüblü qarşılana bilər.
Ən azı elə onun digər FİFA referimiz Vüsal Əliyevdən daha çox matç idarə etməsinə görə. Deyə bilərsiz ki, elə Elçin Məmmədov da FİFA referisidi. Lakin nəzərə almaq lazımdı ki, o, futzal üzrə qitə FİFA hakimi adını daşıyır.
İlk üçlüyün əsas davamçıları isə müvafiq olaraq 11 və 10 oyuna təyinat alan Rövşən Əhmədovla Ceyhun Haşımovdu. Əfqan Həmzəyevlə Elnur Muradov 9, Anar Salmanovla Ramil Diniyev isə 8 qarşılaşmada elita təmsilçilərinin taleyinə aydınlıq gətirib.
Təsnifat mərhələsinin geridə qalan dövründə təyinat alan referilərin idarə etdikləri oyunlarda “payladığı” vərəqələrin də sayına diqqət yetirmək pis olmazdı. Təbii ki, burda da daha çox oyuna təyinat alan Yusifovla Məmmədovun “liderliyi” diqqət çəkir. Məsələ burasındadı ki, Fariz Yusifov 14 qarşılaşmada elita təmsilçilərinə bütövlükdə 67 vərəqə göstərib ki, bunlardan 4-ü “qırmızı”dı. Onun verdiyi 63 sarı vərəqə isə rekord göstəricidi.
Vüsal Əliyev həm Yusifovdan, həm də Elçin Məmmədovdan az təyinat almasına rəğmən, hər ikisini fərqli göstəricilərə görə qabaqlayır. Məsələ burasındadı ki, verdiyi ümumi vərəqələrin sayına (57) görə Məmmədovu qabaqlayan Əliyev, Yusifovdan da daha qətiyyətli olmasıyla seçilir. Çünki bu FİFA referimiz 13 qarşılaşmada düz 6 futbolçunu meydandan qovub ki, belə qətiyyətə hələ ki, digər hakimlərin heç birində rast gəlmək olmur.
Nisbətən çox oyun idarə etməsiylə fərqlənən Rövşən Əhmədovla Ceyhun Haşımovu da həmkarlarından fərqləndirən maraqlı məqamlar var. Məsələ burasındadı ki, hər iki referi müvafiq olaraq idarə etdikləri 11 və 10 qarşılaşmada bir dəfə də olsun, nə futbolçulara qırmızı vərəqə göstərib, nə də komandaların qapısına penalti təyin edib.
Əvəzində cəmi 1 matç idarə etmiş Əliyar Ağayevlə Əmrah İbrahimov onlardan daha “cəsarətli” olub. Hər halda yeganə oyununda həm qırmızı vərəqə göstərməyə, həm də penalti təyin etməyə imkan tapan Ağayevlə yanaşı, İbrahimov da 11 metrlik nöqtəni göstərməyə özündə cəsarət tapıb.
Ən çox penalti göstərən hakim ünvanı isə Anar Salmanova məxsusdu. Maraqlıdı ki, idarə etdiyi 8 görüşdə 1 dəfə də olsun, futbolçulara qırmızı vərəqə göstərməyən bu hakim elita təmsilçilərinin qapısına 5 dəfə penalti təyin edib. Bu isə, hakimlər arasında rekord göstəricidi.
|
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
|
1.
|
Fariz Yusifov
|
14
|
63
|
4
|
67
|
-
|
|
2.
|
Elçin Məmmədov
|
14
|
54
|
2
|
56
|
1 (1)
|
|
3.
|
Vüsal Əliyev
|
13
|
51
|
6
|
57
|
3
|
|
4.
|
Rövşən Əhmədov
|
11
|
52
|
-
|
52
|
-
|
|
5.
|
Ceyhun Haşımov
|
10
|
20
|
-
|
20
|
-
|
|
6.
|
Əfqan Həmzəyev
|
9
|
30
|
1
|
31
|
1
|
|
7.
|
Elnur Muradov
|
9
|
27
|
1
|
28
|
1
|
|
8.
|
Anar Salmanov
|
8
|
37
|
-
|
37
|
5 (1)
|
|
9.
|
Ramil Diniyev
|
8
|
28
|
-
|
28
|
2 (1)
|
|
10.
|
Rauf Cabbarov
|
6
|
13
|
-
|
13
|
1
|
|
11.
|
Rəhim Həsənov
|
5
|
19
|
1
|
20
|
2 (1)
|
|
12.
|
Elvin Əsgərov
|
5
|
13
|
4
|
17
|
2
|
|
13.
|
Əliyar Ağayev
|
1
|
5
|
1
|
6
|
1
|
|
14.
|
Əmrah İbrahimov
|
1
|
6
|
-
|
6
|
1
|
|
|
Cəmi
|
114
|
418
|
20
|
438
|
20 (4)
|
QEYD: 1 – hakim, 2 - oyun, 3 – sarı vərəqələr, 4 – qırmızı vərəqələr, 5 – bütün vərəqələri, 6 – penalti (baş tutmayıb).
