27 dekabr 2010 12:47
“Azərbaycanı Bakıda məğlub etməliyik”
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasıyla eyni qrupda yer alan Avstriya millisinin baş məşqçisi Didi Konstantini hesab edir ki, onun komandası Berti Foqtsun yetirmələri üzərində qələbə qazanmağa borcludu. Azerisport.az xəbər verir ki, bu haqda danışarkən, millimizi doğma meydanda 3 cavabsız qolla məğlub etmiş avstriyalıların çalışdırıcısı bunları dilə gətirib:
“Avropada bəzi komandalar var ki, Qazaxıstanla Azərbaycanı tək ayaqla da məğlub edə bilər. Biz onlardan deyilik. Amma Azərbaycanı Bakıda məğlub etməyə borcluyuq”.
