27 dekabr 2010 12:52
Naci Şensoy: Məndən `Turan`ı elitada saxlamaq tələb olunur
`Turan`ın yeni baş məşqçisi Naci Şensoy bu gün ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, 3-cü dəfə sükanı arxasına keçdiyi Tovuz klubuyla il yarımlıq müqavilə bağlayan türkiyəli mütəxəssis bununla bağlı belə danışıb:
“Turan` əvvəlki əzəmətini geri qaytarmalıdı. Məndən hələlik Premyer Liqada qalmaq tələb olunur. Növbəti ildə isə çox güclü heyətimiz olacaq” – deyə Şensoy azerisport.az-a müsahibəsində vurğulayıb.
