28 dekabr 2010 13:06

İlin son cəzaları `Bakı` və `Xəzər Lənkəran` üçün daha ağır oldu

Bu gün AFFA İntizam Komitəsinin 2010-cu ildə son iclası keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə aparılan müzakirələrdən sonra Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun oyunlarında baş verən olaylarla bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:
 
Premyer Liqanın 19-cu turunun `Qəbələ` – `Bakı` matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Oyunun 71-ci dəqiqəsində `Bakı` klubunun məşqçisi Aleksandr Polkin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
 
`Muğan` – AZAL matçında `Muğan`ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində `Muğan`ın futbolçusu Cavad Mirzəyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
`Xəzər Lənkəran` – `Qarabağ` matçında `Qarabağ`ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 13-cü və 72-ci dəqiqələrində `Xəzər Lənkəran` klubunun azarkeşləri  tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.