28 dekabr 2010 13:14
`Bakı` Yeni il öncəsi kimsəsiz uşaqları yad etdi
`Bakı` futbol klubunun üzvləri 3 saylı kimsəsiz uşaqlar evinin qonağı olublar. Azerisport.az xəbər verir ki, uşaqlarla görüşə klub rəsmiləri, məşqçilər, uşaq və yeniyetmə futbolçular, həmçinin fəal azarkelər yollanıb.
Əvvəlcə uşaq evinin uşaqlarından seçilmiş komanda ilə `Bakı`nın 10 yaşlılardan ibarət komandası arasında yoldaşlıq oyunu keçirilib. Maraqlı və gərgin keçən oyunda 8 qol (4:4) vurulub.
Ardından uşaqlara futbolla bağlı məlumatlar verilib, onlarla sağlam həyat tərzinin önəmi barədə söhbətlər aparılıb. Tərbiyəçilərin də iştirak etdiyi rəsmi hissədən sonra uşaqlara klub şarfları, papaqlar, köynəklər, məktəb ləvazimatları və “Toplu Bakı” jurnalının nüsxələri təqdim olunub.
