28 dekabr 2010 13:21
AFFA Premyer Liqa klublarını əvəzedicilərinə görə də cəzalandırdı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin 2010-cu ildəki son iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatındakı qanun pozuntularına da hüquqi qiymət verib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində çempionatın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun oyunlarında baş verən olaylarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 19-cu turunun `Qəbələ` – `Bakı` matçının 76-cı dəqiqəsində `Bakı`nın futbolçusu Natiq Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
`Muğan` – AZAL matçında `Muğan`ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 19-cu turunun `İnter` – `Gəncə` matçının 68-ci dəqiqəsində `İnter`in futbolçusu Asif Mirili kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
