28 dekabr 2010 13:32
Respublika stadionu yubileyi münasibətilə yenilənəcək
Tofiq Bəhramov adına Respublika stadionunun 60 illik yubileyi münasibətilə 2011-ci ilin əvvəllərindən arenada yenidənqurma işləri aparılacaq. Azerisport.az xəbər verir ki, bu haqda stadionun direktoru Akif İsmayılov məlumat verib.
İsmayılovun sözlərinə görə, artıq bu məqsədlə növbəti ilin büdcəsindən vəsait ayrılmasına qərar verilib. Yenidənqurma işlərinə, ilk növbədə, stadionun işıqlandırma sisteminin, oturacaqlarının, arena ətrafındakı dəmir hasarların dəyişdirilməsi daxildir. Eyni zamanda, meydançanın ot örtüyünün də yenisi ilə əvəzlənməsi və ya toxum səpilməsi nəzərdə tutulub. Bu işlərin də yaxın vaxtlarda oyunların keçirilməsinə maneçilik törətməmək şərti ilə görülməsi nəzərdə tutulub.
Stadion direktorunun fikrincə, VİP-sektorların jurnalistlər üçün sektorlar olan tərəfə keçirilməsi və tablo ətrafındakı sektorların bir qədər qaldırılması da məqsədəuyğundur. Amma hər şeyə Gənclər və İdman Nazirliyi rəhbərliyi ilə yanvarın əvvəllərində nəzərdə tutulan görüşündən sonra aydınlıq gələcək. (lent.az)
