28 dekabr 2010 13:46
Millimizin seçmə mərhələdəki rəqibi sığortalandı
Son dövrlər Türkiyə millisində zədələnən oyunçuların artması nəticəsində qardaş ölkənin futbol federasiyası (TFF) çıxış yolunu sığortalanmaqda görüb. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan, Bakıda minimal hesabla qalib gəldiyimiz “ay-ulduzlu” oyunçuların hər biri bundan sonra sığortalanmış olacaq.
Bu haqda TFF prezidentinin müvəkkili Lutfi Arıboğan məlumat verib. Onun sözlərinə görə, milli komandanın üzvləri mümkün zədələr və sağlıq problemlərinə qarşı federasiya tərəfindan siğortalanacaq. “Sığorta əhatəsi dünya standartlarında 30-40 gün götürülür. Amma biz 15 gün olaraq müəyyənləşdirdik. Futbolçularımızın zədəsi bu müddətdən artıq sürərsə, sözləşməsinə və ya hər matça görə ona ödənilən pulun qarşılığını klubuna ödəyəcəyik”.
Arıboğan bu sistemin Türkiyə millisinin fevralın 9-da Cənubi Koreya ilə keçirəcəyi oyundan etibarən qüvvəyə minəcəyini də əlavə edib.
