28 dekabr 2010 14:28
“İnşallah meydanlarda ölərəm”
`Kasımpaşa` ilə yollarını ayıran türkiyəli mütəxəssis Yılmaz Vural ölkəsindən olan jurnalistlərə maraqlı müsahibə verib. Azerisport.az xəbər verir ki, çılğınlığına görə həmişə diqqət mərkəzində olan bu məşqçi dəli kimi çalışdığını etiraf etməklə yanaşı, elə meydanlarda ölmək istədiyini açıqlayıb.
Dünən rəsmi olaraq `Kasımpaşa`nın baş məşqçisi postundan istefa verən Vuralın həmin maraqlı açıqlamalarına diqqət yetirməyə dəyər: “Dəli kimi çalışan bir məşqçi olduğumu danmıram. Ancaq bununla komandaya verə bildiyim motivasiyanın, əlavə gücün daha artıq olduğunu düşünürəm, nəinki əksinə. Sabah 8-də gəlib, axşam 8-də evə gedərəm. Çox çalışıram. Özümü çox çılğın kimi aparmağımı bəlkə də çoxları mənim zəifliyim kimi qələmə verir. Bununla işim yox. Amma yeri gəldiyində daha təmkinli davranmağı da bacarıram”.
“Məşqçilik həyəcanımı, sağlamlığımı itirməyincə, işləyəcəm. Yaşın neçə olmasının önəmi yoxdu. Bu işin içində olacam. Sənətçilər deyirlər ki, səhnədə ölmək istəyirəm. Mən də inşallah, meydanlarda ölərəm” – deyə Yılmaz Vural yenidən Türkiyə mətbuatının maraq dairəsinə düşüb.
