28 dekabr 2010 14:54
XL-nı Nikolitanın qiyməti razı salmayıb
`Xəzər Lənkəran` baş məşqçi Mirça Rednikin vətəni Rumıniyadan gətirmək istədiyi daha bir futbolçunun xidmətindən imtina etməli olub. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” `Styaua`nın və milli komandanın futbolçusu Banel Nikolitayla uzun müddət maraqlansa da, artıq bu transferi arxa plana keçirib
Buna isə, Buxarest klubunun futbolçusuna görə yüksək qiymət oxuması səbəb olub. Onlar Nikolitanın satışından 1.5 milyon avro qazanmağı hədəfləsə də, təmsilçimiz rumınların bu istəyini yerinə yetirməkdən imtina edib.
Qeyd edək ki, Nikolitaya kimi, XL Buxarest `Dinamo`sunun və Seneqal yığmasının üzvü Osman Ndoyedən imtina etmişdi. O isə, ayına 30 min avro istəmişdi ki, Rednik də məhz buna görə onu transfer etmək istəmədiklərini açıqlamışdı.
