28 dekabr 2010 15:05
`Fenerbahçe` Amiti ilk təlim-məşq toplanışına çağırır
Bu gün `Neftçi` futbol klubunun Türkiyədən daha bir faks daxil olub. Azerisport.az xəbər verir ki, qardaş ölkənin `Fenerbahçe` klubundan göndərilən bu dəfəki məktubda millimizin də şərəfini qoruyan Amit Quluzadənin Türkiyəyə konkret nə vaxt getməsi göstərilib.
İstambul klubu həmyerlimizi özünü yeni ildəki ilk təlim-məşq toplanışına dəvət edib. Hansı ki, həmin hazırlıq prosesi yanvarın 2-dən etibarən start götürəcək. Məhz həmin təlim-məşq toplanışından bir sıra gənc oyunçularla yanaşı, 18 yaşlı yarımmüdafiəçimizi sınaqdan keçirəcək baş məşqçi Aykut Kocaman onunla bağlı son qərarını açıqlayacaq.
