28 dekabr 2010 15:39
`Qarabağ` üçün “İC Santai”
`Xəzər-Lənkəran`la oyundan sonra qış fasiləsinin yaranmasıyla əlaqədar olaraq `Qarabağ` baş məşqçi Qurban Qurbanov tərəfindən istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri 2-ci dövrənin hazırlıqlarına yanvarın 9-da başlayacaq.
Ağdam təmsilçisi elə həmin gün toplanaraq təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanacaq. Fevralın 5-inə kimi komanda Antalyanın Belek bölgəsində yerləşən “İC Santai” otelində məskunlaşacaq. Fevralın 5-dən sonra komanda 1 həftə Bakıda məşq edərək, `Qəbələ` ilə oyunun hazırlıqlarını davam etdirəcək.
