28 dekabr 2010 16:18

Arif Əsədov: `Neftçi`nin oyunu məni 60-70 faiz qane edir

`Neftçi`nin baş məşqçisi Arif Əsədov azerisport.az və `Zerkalo`ya müsahibəsində 2010-cu ili dəyərləndirməklə yanaşı, gələcək perspektivlərdən danışıb.
 
- `Neftçi` 2010-cu ili lider kimi başa vurdu. Bu ili komandanız üçün necə dəyərləndirirsiz? Nə kimi mənfi və müsbət cəhətlər var?
- Turnir cədvəlinə baxsaz komandanın çıxışına verilən qiyməti görərsiz. `Neftçi`nin mənfi və müsbətlərinə gəlincə, onu demək olar ki, komanda yenidən bərpa olunub. Həm rəhbərlik, həm də heyət baxımından. İstər-istəməz belə köklü dəyişikliklər zamanı komandaya vaxt lazım olur. Adətən 2-3 il vaxt tələb olunur. Ancaq prezidentmiz Sadıq Sadıqov da, mən də ambisiyalı insanlarıq. Biz qarşımıza böyük məqsədlər qoymuşuq və onun reallaşması üçün çalışırıq. Komandanın oyununa gəlincə, bir baş məşqçi kimi, `Neftçi`nin oyunu məni 60-70 faiz qane edir. Təbii ki, oyunumuzda mənfi cəhətlər var bizim əsas işimiz də onları aradan qaldırmaqdı. Biz mövsümün sonunda bütün bu işlərin nəticəsini görmüş olacağıq.
 
- Fasilədən dərhal sonra sizi `Xəzər Lənkəran`la prinsipial oyun gözləyir. Sizcə, bu oyunda qazanılan qələbə komandanızın qızıl medallara aparan yolunu daha da asanlaşdıra bilərmi?
- Hər bir xal çempionluğa doğru bir addımdı. Şübhəsiz ki, bu oyunda qazanılacaq xallar bizə çox kömək edəcək. Digər tərəfdən biz hələ `alltılıq`da da iki dəfə qarşılaşacağıq.
 
- Sizcə, hansı komanda `Neftçi`ylə əsas rəqabət aparan rəqib olacaq?
- “Altılığ”a hansı komandalar düşəcəksə, hamısı. Hal-hazırda “altılığ”a düşmək şansı olan 7 komanda var. Çempionatın qalan hissəsində isə “altılıq”da yer alan bütün komandalar eyni məqsəd üçün sonadək mübarizə aparacaq.
 
- `Neftçi`nin heyətində indi dəyişikliklər baş verir. Məsələn, gənc və perspektivli hesab olunan futbolçular transferə çıxarılır. Fərid Quliyev, Ruslan Əmircanov, Eşqin Quliyev kimi. Bütün bunlar nə ilə bağlıdı?
- Rəqabətdən. Axı onlar hamısı millinin üzvləridi. Fərid də, Ruslan da yığmamızın əsas üzvlərindən sayılırlar. Onları transferə çıxarmaqla şans yaratmış oluruq ki, oyun praktikası baxımından ciddi problemlərlə üzləşməsinlər. Biz bu addımı daha çox ona görə atdıq ki, onlar `Neftçi`nin heyətində çox nadir hallarda əsas heyətə düşürdülər.
 
- Deməli, onlar məşqlərdə özlərini daha yaxşı tərəfdən göstərə bilmədikləri üçün ehtiyatda qalırdılar?
- Bilirsiz, komandada 25 oyunçu var, amma meydana 11-i çıxır. Biz hər kəsə özünü göstərmək üçün şans veririk. İndi də əsas heyətə məhz həmin futbolçular düşür ki, özlərini məşqlərdə daha yaxşı tərəfdən göstərə biliblər. Komandanın əsas özəyi sabit olmalıdı. Bu baxımdan biz əsas 11-liyə daha çox güvənirik. Belədə kənarda qalan milli üzvlərinə şans yaratmaq istədik ki, heç olmasa başqa klublarda bu imkanı qazanıb, yığmanın heyətinə çağırılmaqda davam etsinlər.

- Əgər transferə çıxardığınız futbolçulardan hansısa özünə yeni klub tapa bilməsə, ona komandada qalmaq şansı verəcəksiz, onun mövsümün sonunadək əsas heyətə düşmək şansı olacaqmı?
- Onların hər biri `Neftçi`nin oyunçuları hesab olunur. Əgər özlərinə klub tapa bilməsələr, təbii ki, komandada qalacaqlar.
 
- Amit Quluzadənin `Fenerbahçe`yə keçidi haqda söhbətlər barədə nə deyə bilərsiz?
- Hələlik, Amiti sadəcə təlim-məşq toplanışına dəvət ediblər. Hansısa konkret transfer təklifi yoxdu. Ancaq qeyd etməliyəm ki, gənc futbolçumuzun hansısa xarici kluba transfer olunmasına çox sevinərdik.
 
- `Neftçi`nin aparıcı hesab olunan futbolçularından hansılarsa komandanı tərk etmək istəsə, onları əvəz etmək üçün ehtiyat variantlırınız var?
- Onların gedişi komandaya təsir edə bilməz. Axı onların yerini yeni futbolçular tutacaq. Odu ki, bu, bizə problem yaratmayacaq.
 
- Bəs almaq istədiyiniz oyunçular varmı?
- Bu haqda hələlik konkret heç nə deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.